Günay Cəbrayılova Stilist

Stilist (+994)
14 illik iş təcrübəsi və peşəsi ilə bağlı aldığı təhsil sayəsində Günay xanım gözəlliyinə gözəllik qatmaq istəyən gənc xanımların arzuladıqları stilistdir. Daima yeniliklər axtaran Günay xanım öz üzərində işləməyi çox sevir. O, Georgi Kot Beynəlxalq Gözəllik Akademiyasinin təhsil pillələrinin hamısını uğurla keçib diplom almış azsaylı stilistlərdən biridir. Aldığı dərslər sayəsində moda aləminin son yeniliklərinə dərindən bələd olan Günay xanımın özəl günlər üçün yaratdığı saç düzümləri xanımların toy və məclislərdə diqqət mərkəzində qalmasına səbəb olur. Günay xanım özü həmçinin Azərbaycanın Bakı, Gəncə, İranın Tehran, Özbəkistanın Daşkənd, Rusiyanın Astarxan şəhərlərində, böyük arenalarda, otellərdə master klasslar, seminarlar verir. Günay xanım yığdığı saç düzümləri ilə yanaşı, həm də gözəl stilist-müəllimədir. O, yığdığı saç düzümlərinin dərinliyini fərdi tələbələrinə böyük həvəslə öyrədir.

Ustanın əl işləri


Ustanın Sertifikatları



-

Əlaqə

İş vaxtımız

Hər gün
10:00 - 19:00